Azərbaycanda növbəti 2 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “ açıqlamasında bildirib ki, dekabr ayının 22-də ölkə ərazisində hava şəraiti mülayim, gün ərzində əsasən yağmursuz keçəcək: “Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq”.

Direktorun sözlərinə görə, şənbə günü, dekabrın 23-də isə ayrı-ayrı yerlərdə və rayonlarda yağıntılı hava şəraiti müşahidə olunacaq: “Növbəti iki gündə temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək”.