2020-ci ilin əvvəlindən 1 dekabradək Azərbaycanda 32.656 nikah qeydə alınıb.
Bu barədə TİA.AZ-a Ədliyyə Nazirliyindən (ƏN) bildirilib.
Rəsmi məlumata görə, cari ildə qeydə alınan nikahların ən çoxu yanvar ayına təsadüf edir.
Xatırladaq ki, ötən ilin yanvar-noyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 58 317 nikah qeydə alınıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin martından etibarən Azərbaycanda toyların keçirilməsi qadağan olunub.