Azərbaycanda nazirlik dustaqların əl işlərini satışa çıxardı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədliyyə Nazirliyi Cəzaçəkmə Müəssisələrində (CM) saxlanılan məhkumların əl işlərini “Həbsxana incəsənəti” adı ilə satışa çıxarıb.
 

Ədliyyə Nazirliyi Cəzaçəkmə Müəssisələrində (CM) saxlanılan məhkumların əl işlərini “Həbsxana incəsənəti” adı ilə satışa çıxarıb. Təklif edilən mallar içərisində müxtəlif materiallardan hazırlanmış məmulatlar, əl işləri var. Daha çox alıcı toplayan əl işləri nərd (45-60 AZN) , təsbeh (40 AZN), musiqi alətlərinin maketi (40 AZN), maşın maketi (45-60 AZN) , təyyarə maketi (25 AZN), mücrü (30-40 AZN) və s. yer alır. 

 

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Modern.az-a deyib ki, cəzaçəkmə müəssisələrində müxtəlif çeşiddə əl işləri istehsal olunur:

 

“Məhkumlar arasında həm günəmuzd, həm də müəyyən olunmuş əmək haqqı ilə çalışanlar var. Qüvvədə olan qanunvericiliyə əsasən, hər bir məhkumun əldə etdiyi məvacib müxtəlifdir. Bu pul məhkumların özünə yox, şəxsi hesablarına keçirilir. Məhkumlar şəxsi hesablarındakə vəsaitlə hər bir cəzaçəkmə müəssisəsindəki dükanlardan nağdsız şəkildə ilkin tələbat malları ala bilirlər”.

Şöbə rəisi bildirib ki, sifarişçilər arasında ayrı-ayrı şəxslər, müxtəlif təşkilatlar var:

“Alıcılar əsasən, azərbaycanlılardır. Onlar sifariş verir və həmin sifarişlər əsasında məhkumlar müxtəlif əşyalar hazırlayırlar.
Onu da qeyd edim ki, məhkumların hazırladıqları əşyalar çox yüksək keyfiyyətə malikdir”.\

TİA.AZ