AZƏRBAYCANDA MUSİQİ FORUMU KEÇİRİLDİ

AZƏRBAYCANDA MUSİQİ FORUMU KEÇİRİLDİ  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyiniz kimi ölkədə ilk dəfə Musiqi forumu keçirildi. Ümummili lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində “Musiqi Forumu”da bu tədbirlərin növbətisidir. Bu mədəni hadisə təkcə musiqimiz üçün deyil, eyni zamanda bütövlükdə mədəniyyətimiz üçün böyük hadisədir deyərdim. Layihə çərçivəsində müxtəlif mövzular əsasında müzakirələr aparıldı ki, bu da ölkənin tanınmış musiqi xadimləri ilə bərabər eyni zamanda xaricdən dəvət olunmuş qonaqlar nəzərdə tutulmuş panel mövzular əsasında fikir mübadiləsi apardılar.

Bunlar birinci gündə l – panel -Azərbaycanda musiqi təhsili-bəstəkarlıq və ifaçılıq məktəbləri,burada ölkədəki təhsil sisteminin nailiyyətlərindən,çətinliklərindən,yaranmış boşluqlardan müxtəlif təkliflər irəli sürüldü. Əsasən bu paneldə yeni nəsil gənc bəstəkarlar tərəfindən günün aktual problemi kimi təhsilini bəstəkarlıq ixtisası üzrə bitirən gənclərin universitet və kolleclərdə işlə təmin olunmamaları kimi məsələlərə toxunuldu. ll-panel-Ənənəvi musiqi janrları,buna muğam sənətinə dair,aşıq musiqisi və ənənəvi musiqinin müasir musiqi janrlarında mövcudluğu,hazırda olan problemlərdən danışıldı.

İkinci gün lll-panel-Milli musiqi sənayesinin inkişafı,burada isə əsasən musiqi sənayesində əqli mülkiyyət hüquqlarının qorunması əsasında daha əhatəli müzakirələr aparıldı. lV-panel-Milli mədəni ənənələrin qlobal miqyasda təbliği xaricdən dəvət olunan rürkiyəli,rusiyalı,almaniyalı,yunanıstanlıvə danimarkalı mütəxəssislərlə birgə müzakirə olundu.

Üçüncü gün isə V-panel-Azərbaycan musiqişünaslığı: araşdırmalar kəsişməsində və nəhayət Vl -panel -Xoreoqrafiya sənəti:milli rəqs,balet,müasir rəqs formaları mövzuları ilə əhatə olunmuşdur. Yalnız təəssüf hissi ilə vurğulamaq istəyirəm ki,bir çox insanlar forumun mahiyyətini bilmədən gəlmiş,iştirak etmişdilər. Verilən suallar,aparılan müzakirələr,edilən təkliflər buna bariz nümunədir. Məncə belə əhəmiyyətli bir forumda insanlar öz şəxsi məsələlərini deyil, ümumi problemlər ətrafında müzakirələr aparmalı,suallarını bu yöndə ünvanlandırmalı idilər. Belə mövzuya yad suallar müzakirələri əsas mövzudan uzaqlaşdırıb,böyük vaxt itkisinə səbəb olurdu ki, əsas mövzuya,məhz vacib həll olunmalı problemlərə zaman çatmırdı.

Nəzərə alsaq ki, forum üçün zaman müddəti 3 gün nəzərdə tutulmuşdu. Belə problemlərin həlli üçün zamanın yetəri qədər olmadığını düşünürəm. Yalnız kifayət qədər uğurlu təkliflər də irəli sürüldü,əsas problemlərdən də danışıldı. İlk iki gündə mövzular seminarlar əsasında keçsə də, bu gün nəhayət ki, görkəmli musiqişünaslarımız Lalə Hüseynova, Zemfira Qafarova, Kamilə Dadaşzadə, Könül Nəsirova, Zümrüd Dadaşzadə, Tariel Məmmədov, Nigar Axundova sayəsində problemlərə toxunuldu. Xüsusən bu paneli vurğulamaq istərdim ki, elm adamlarının dəyərli müzakirələri Azərbaycan musiqi elminin inkişaf istiqamətləri, strategiya və taktika,mədəniyyətlərarası dialoq kontekstində Azərbaycan musiqişünaslığının rolu,Azərbaycanda musiqi tənqidi və jurnalistikasında mövcud problemlər,onların çözülmə yolları, müasir dövrdə musiqi sosialogiyası kimi mövzular ətrafında baş verdi.Düşünürəm ki,yaxın gələcəkdə bütün bu məsələlər öz həlli yolunu tapacaq. Bütün bu təhlillərin,mülahizələrin fövqündə onu qeyd etmək istərdim ki,forum çox yüksək səviyyədə təşkil olunmuşdu. Ümid edirəm ki, ənənəvi hal alaraq musiqi sahəsində, eyni zamanda bu kimi problemləri əhatə edən belə mötəbər tədbirlər davam edəcək.
Aygün Bayramlı