Dünəndən etibarən Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırılıb.
Dünəndən etibarən Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırılıb.
Bu barədə TİA.AZ -a Azercell Telekom MMC-dən açıqlama verilib. Açıqlamada deyilir: “Fevral ayının 1-dən etibarən respublikada fəaliyyət göstərən bütün mobil operatorlarda nömrələrin satışı və aktivləşdirilməsi yeni online sistem üzrə aparılır. Bu, Nazirlər Kabinetinin və Prezidentin müvafiq qərarları ilə öhdəlik kimi qoyulub. Azercell-in nömrə satışı dayandırılmamışdı və adi qaydada aparılırdı. Çünki bütün Azercell diler şəbəkəsində kifayət qədər aktiv nömrə ehtiyyatı mövcüd idi və satışları ehtiyyatlarımız hesabına həyata keçirirdik. Yalnız yanvarın 30-da yeni sistemə keçidlə əlaqədar təzə nömrələrin aktivləşdirilməməsi müvəqqəti olaraq dayandırılmışdı. Yanvarın 31-dən isə yeni systemlə satış davam edir.
Yeni nömrə satışı sistemi və onun təkmilləşdirilməsi ilə əlaqədar suallarınızı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlaya bilərsiniz”.