Bakı Kommersiya Məhkəməsində borclu “RS Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində müflisləşmə işi üzrə məhkəmə baxışı iclası təyin edilib.
Tribunainfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, məhkəmə iclası 18 noyabr saat 12:40-na təyin olunub.
İştirak etmək hüququ olan maraqlı şəxslər məhkəmə iclasına dəvət olunublar.
Qeyd edək ki, “RS Construction” 2019-cu ildə yaradılıb, qanuni təmsilçisi Alıyev Elməddin Camal oğludur.
“RS Construction” tikinti, memarlıq, planlaşdırma, interyer və eksteryer layihələrinin hazırlanması, müxtəlif dizaynda fərdi yaşayış evlərinin, villaların, koteclərin və müxtəlif qeyri – yaşayış sahələrinin tikintisinin aparılması, tam şəkildə təmiri, eləcə də qabaqcıl avadanlıqların quraşdırılması üzrə ixtisaslaşmış şirkətdir.










