Azərbaycanda məşhur broyler şirkəti ləğv edilirbackend

Azərbaycanda məşhur broyler şirkəti ləğv edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səba” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi olduğu “Dəvəçi Broyler Dərin Emal” MMC ləğv edilir.

Tribunainfo.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az məlumat yayıb. Məlumata görə, bununla bağlı dekabrın 11-də “Səba” ASC səhmdarları bir araya gələcək. Yığıncaqda MMC-nin ləğv edilməsi haqqında qərar veriləcək. Qeyd edək ki, ASC-nin səhmdarları bundan əvvəllər də MMC-nin ləğv edilməsi ilə əlaqədar dəfələrlə bir araya gəliblər.