backend

Azərbaycanda məmur övladlarına qadağa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda məmur övladlarının xaricdə təhsil almasına qadağa qoyula bilər. 

Azərbaycanda məmur övladlarının xaricdə təhsil almasına qadağa qoyula bilər.

TİA.Az BakiPost-a istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi hazırlanır.

Məlumata görə, layihə 2 il əvvəl hazırlansa da, bəzi məmurların təsiri ilə parlamentə təqdim edilməyib və o vaxtdan etibarən bu məsələnin üzərinə qayıdılmayıb. Ancaq Rusiya Dövlət Dumasında dövlət məmurlarının yetkinlik yaşına çatmayan uşaqlarının xaricdə təhsil almasını qadağan edən qanun layihəsinin müzakirəyə çıxarılması, Azərbaycanda da bu məsələni aktuallaşdırıb və layihənin tezliklə Milli Məclisdə müzakirəyə çıxarılacağı qərarlaşdırılıb.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc münasibətini bildirib.

O, “məmur övladları büdcədən oğurlanmış vəsaitlər hesabına təhsil alırsa, yenədəmi xaricdə təhsil alması qadağan edilməməlidir?” sualına belə cavab verib.

“Problem təhsil məsələsi üzərində qurula bilməz. Əgər kimsə konkret vəzifə mövqeyindən istifadə edib külli miqdarda qanunsuz vəsaitlər əldə edib və onun bir hissəsini övladının təhsilinə investisiya kimi qoyursa, bu, artıq vətəndaşın mövqeyində qeyri-bərabərlik kimi təzahür  olunur və elə fikir yaradır ki, sanki bu şəxslərin idarəçiliyi altında qalmış olacaq. Bu, ictimai problem kimi ortaya çıxır. Məsələ məmurun öz vəzifə mövqeyindən istifadə edərək əldə etdiyi vəsaitdirsə, bu, digər məsuliyyət məsələsidir. Bunu ayrıca araşdırmaq lazımdır. Onun övladı təhsilə getməyəcək deyə, kimsə dözməlidirmi ki, o, vəsaitləri oğurlasın? Yəni dövlət büdcə vəsaitlərini oğurlamaq hesabına kimsə öz övladını xaricdə təhsilə göndərəcəksə, hər kəs buna qarşı çıxacaq. Və yaxud təhsil almış övladını haradasa yerləşdirmək istəyəcəksə, bu da artıq problemdir. Yəni qeyri-bərabərlik qanunsuz vəsaitlər təkcə təhsilə qoyulanda gözə görülməməlidir. Burada başlıca hədəf o olmalıdır ki, cəmiyyətdə hüquqi idarəçilikdə məmur vətəndaş qarşısında hesabatlıdır. O, gəlirlərinin deklarasiyasını təqdim etməlidir. Necə ki, biz bu qanunu on illərdir qəbul etmişik, lakin onu reallığa çevirə bilmirik. Əgər məmur keçmişdən qalan vəsaitləri, vəzifəyə qədərki biznes fəaliyyəti və s. hesabına öz övladının gələcək təhsilini xaricdə qurmaq istəyəcəksə, biz ona normal yanaşmalıyıq. Bu gün minlərlə tələbəmiz xaricdə təhsil alır və onlar hamısı məmur övladı deyil. Ona görə məmura qarşı çevrilmək və məmuru vətəndaşın gözündə düşmənə çevirmək də çox yalnış olardı”.