Azərbaycanda məhkəmələr və hakimlərlə bağlı – Vacib yenilik

Azərbaycanda məhkəmələr və hakimlərlə bağlı – Vacib yenilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə-Hüquq Şurasının hüquqları artırılır.

Tribunainfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliklərlə bağlı Fərmanında qeyd edilib.

Qanuna əsasən, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil edilir:

– vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;

– Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;

– İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;

– məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq.

Məhkəmə-Hüquq Şurasının vəzifələri sırasına isə Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək daxil olunub.

Həmçinin hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşdırılmış orqanı – Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq.

Bundan başqa, vakant hakim vəzifələrinə namizədlər üçün təhsil müəssisəsində ilkin uzunmüddətli kursların təşkil edilməsi səlahiyyəti Ədliyyə Nazirliyinin Akademiyasına həvalə edilib.