Azərbaycanda “Match TV” kanallarının yayımı dayandırılıb.
Tribunainfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə izləyicilərə müvafiq bildiriş təqdim olunub.
Məlumata görə, “Match TV” kanallarının Azərbaycanda yayım icazəsi olmayıb. Ona görə də “Media haqqında” qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq kanalların yayımı dayandırılıb.