2023-cü ildə Azərbaycanda maaşların artım-azalma dinamikasına görə klubların göstəriciləri məlum olub.
Sportinfo.az xəbər verir ki, Premyer Liqada çıxış edən 10 klubdan 7-də maaşların nartımı, 2-də azalması baş verib,
1 klub – «Zirə» isə bu göstəricini açıqlamır.
Maaşların artım sürətinə görə, ölkədə birinci yeri «Kəpəz» və «Turan Tovuz» tutur. Bu klublarda maaşlar 3 dəfə artaraq 1 milyon manatı keçib.
«Səbail» klubunda maaşlar 56%, «Sabah»da isə 39% artıb.
Məbləğ ifadəsində isə maaşların ən çox artdığı klublar «Qarabağ» və «»Neftçi»dir.
2022-ci ildə ölkədə iki klubda maaşlar azalıb – «Şamaxı» və «Sumqayıt». «Sumqayıt»da azalma cüzi olub, «Şamaxı»da isə maaşların məbləği 800 min manat azalıb.