Azərbaycanda liberal hava nəqliyyatı fəaliyyət göstərəcək.
Azərbaycanda liberal hava nəqliyyatı fəaliyyət göstərəcək.
Xezerxeber.az-ın məlumatına görə, ixtisaslaşmış turizm sənayesinin inkişafına dair “Strateji Yol Xəritəsi”nə uyğun olaraq Turizm Şurası nəzdində liberal hava nəqliyyatının təşkil edilməsi üzrə işçi qrupu yaradılıb. Əsas məqsəd hədəf ölkələrlə gediş-gəliş əlaqələrinin daha da yaxşılaşdırılmasıdır.
Mədəniyyət və Turizm Nazirliyinin Marketinq sektorunun müdiri Emil Səfərov deyir ki, prioritet ölkələrlə yeni təyyarə reyslərinin açılması da müzakirə edilir. Həmçinin, həftə sonlarında turistlərin Bakıya gəlməsi üçün də lazımi şərait yaradılacaq.
Vaxtaşırı olaraq işçi qrupunun aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə toplantısı keçirilir və qarşıda duran məsələlər müzakirə edilir.
TİA.AZ mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: