“Azərbaycanda korrupsiyaya qarşı siyasi iradə güclüdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda uğurlu fəaliyyəti ilə tanınan “ASAN Xidmət”in korrupsiyaya qarşı mübarizədə mühüm rolu var”. 

“Azərbaycanda uğurlu fəaliyyəti ilə tanınan “ASAN Xidmət”in korrupsiyaya qarşı mübarizədə mühüm rolu var”.

TİA.AZ xəbər verir ki, bunu bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi və ombudsmanların 3-cü iclasında çıxışı zamanı Azərbaycanın isan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova bildirib.

E.Süleymanova deyib ki, korrupsiyaya qarşı mübarizə siyasi iradə tələb edir:

“Azərbaycanda isə bu sahədə siyasi iradə güclüdür. Korrupsiya ilə əlaqədar şikayətlərin azalması bunu təsdiqləyir. İcra orqanlarında apellyasiya şuralarının yaradılması da korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayır”.

Ombudsman qeyd edib ki, hər bir ölkədə korrupsiyaya qarşı mübarizədə uğurlar var:

“Ancaq sərhədləri aşan narkoticarət, qaçaqmalçılıq kimi əməllərdə də korrupsiya müşahidə olunur. Mən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətləri fəal əməkdaşlığa dəvət edirəm”.