Azərbaycanda da korrupsiyanın baiskarı qadınlardır.
Tribunainfo.az yazır ki, bu fikirləri bank eksperti Əkrəm Həsənov bildirib. O qeyd edib ki, Azərbaycanda korrupsiya səviyyəsinə görə 128-ci yerdədir:
“İndoneziyanın ədliyyə naziri deyib ki, korrupsiyanın baiskarı qadınlardır. Kişilərdən çox pul tələb etdikləri üçün onlar əyri yollarla daha çox qazanmaq istəyir. İndoneziyada korrupsiya səviyyəsi (96-cı yer) bizdən (128-ci yer) aşağıdır.
Amma bizdə də əsas səbəb budur və bu barədə dəfələrlə demişəm. Fitrətcə əsasən kişi yaradıcı (idealist) və resurs qazanan, qadın isə fürsətçi (şəraitə uyğunlaşan, realist) və resurs mənimsəyəndir. “Balıqçı və qızıl balıq” nağılının ibrətini dərk etməyən erkək qadının sonsuz maddi tələbatının əsiri və o cümlədən korrupsioner olmağa məhkumdur”.