Ötən il Azərbaycanda 1 420 uşaq 1 yaşına çatmadan ölüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölən uşqaların 804-ü oğlan, 616-sı qız olub.
Qeyd edək ki, hər 1000 nəfər diri doğulan uşaq üzrə 1 yaşına çatmadan ölənlərin göstəricisi 13,9 olub. Bu göstərici oğlanlarda 14,8, qızlarda isə 12,8 olub.
Onu da bildirək ki, Azərbaycanda ən yüksək körpə ölümü Şamaxı rayonunda qeydə alınıb. Şamaxıda hər 1000 nəfər diri doğulan uşaq üzrə 1 yaşına çatmadan ölənlərin göstəricisi 30,7 olub.
Azərbaycanda 1 yaşadək uşaqlar arasında ölüm göstəricisinin yüksək olduğu 10 rayon aşağıdakılardır:
Şamaxı – 30,7 (42 uşaq);
Şuşa – 28,8 (8 uşaq);
Xankəndi – 27,8 ( 1 uşaq);
Daşkəsən – 24,9 (10 uşaq);
Ağcabədi – 23 (36 uşaq);
Quba – 20,6 (43 uşaq);
Sumqayıt – 20,2 (55 uşaq);
İmişli – 20 (29 uşaq);
Ucar – 19,9 (20 uşaq);
Ağsu – 19,2 (18 uşaq).