İlkin məlumata əsasən, Azərbaycan Respublikasında 2023‑cü ildə qadınların orta aylıq əməkhaqqı 739.3 manat, kişilər arasında bu göstərici 1066.9 manat təşkil edib.
Tribunainfo.az-ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Qeyd edilib ki, 2022‑ci ildə qadınların orta aylıq əməkhaqqı 649.1 manat, kişilər arasında bu göstərici 967.5 manat olub. 2022‑ci illə müqayisədə 2023‑cü ildə həm qadınların, həm də kişilərin orta aylıq əməkhaqqı qalxıb.