Azərbaycanda baş verən ölüm halları qadınlarla müqayisədə kişilər arasında çoxluq təşkil edir.
Bu barədə Dövlət Statistika Komitəsnunun məlumatında bildirilib.
Komitədən əldə etdiyimiz məlumata görə, 2023-cü ildə Azərbaycanda bütün səbəblərdən 60 150 nəfər dünyasını dəyişib.
Dünyasını dəyişənlərin 27 30-u qadınlar, 33 120-si kişilər olub.
Rəsmi məlumata görə, ölüm səviyyəsi göstəricisi ümumilikdə və bütün yaş qruplarında qadınlara nisbətən kişilər arasında üstünlük təşkil edir. 25 yaşdan başlayaraq bu fərq nəzərəçarpacaq dərəcədə artır.
Yalnız 85 və daha yuxarı yaş istisna təşkil edir, bunun da səbəbi həmin kateqoriya üzrə həyatda olanların əksəriyyətinin qadınlar olmasıdır.
Ötən il ölkə üzrə ölümün əsas səbəbləri aşağıdakılar olub:
Bəzi infeksion və parazitar xəstəliklərdən – 302 qadın və 476 kişi;
Qan dövranı sisteminin xəstəliklərindən – 16249 qadın və 16934 kişi;
Yenitörəmələrdən (xərçəng şişləri) – 4238 qadın və 5580 kişi;
Tənəffüs sistemi xəstəliklərindən – 536 qadın və 833 kişi;
Həzm sisteminin xəstəliklərindən – 781 qadın və 1423 kişi;
Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən – 711 qadın və 2466 kişi;
Digər xəstəliklərdən – 4213 qadın və 5408 kişi.