Azərbaycanda kim nə qədər maaş alır? – Peşələr üzrə tam siyahı

Azərbaycanda kim nə qədər maaş alır? – Peşələr üzrə tam siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda qeyri-dövlət (özəl) sektorunda muzdlu işçilərin (əmək müqaviləsi ilə işləyənlər) sayı 895 min 755 nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, özəl sektorda işləyən muzdlu işçilərin orta aylıq əməkhaqqı 1 044,1 manat olub.
Qeyd edək ki, muzdlu işçilər ən çox pərakəndə satış sektorunda işləyirlər. Bu sektorda işləyənlərin ümumi sayı 234 min 788 nəfər olub. Pərakəndə satış sektorunda işləyənlərin orta aylıq əməkhaqqı 601 manat olub.
Ən az işçi isə meşə təsərrüfatı və bu sahədə xidmətin göstərilməsi sahəsində qeydə alınıb. Bu sahədə cəmi 30 nəfər muzdlu işçi olub və onların da orta aylıq əməkhaqqı 1 157,9 manat olub.
Özəl sektorda işləyən muzdlu işçilər arasında ən yüksək əməkhaqqını mədənçıxarma sənayesi sahəsində xidmət göstərənlər alıb. Onların orta aylıq əməkhaqqı 5 157 manat olub.
Ən az əməkhaqqını isə çirkli suların yığılması və emalı sahəsində işləyənlər alıb. Bu sahədə orta aylıq əməkhaqqı 426,4 manat olub.
Azərbaycanda özəl sektorda iqtisadi fəaliyyət növləri üzrə muzdlu işçilərin sayı və onların aldıqları orta aylıq əməkhaqqı aşağıdakı kimi olub: