“Daşkəsən rayonunun Xoşbulaq kəndinə ildırım düşməsi nəticəsində qırılaraq yerə düşən yüksəkgərginlikli elektrik xətti tam bərpa olunub”.
Bu məlumatı “Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu verib.
“Elektrik xəttindəki problem aradan qaldırılıb. Elektrik enerjisinin verilməsi tam bərpa olunub”, – deyə məlumatda bildirilir.