backend

AZƏRBAYCANDA İŞSİZ QALMAYACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Musa Quliyevin ilin sonuna qədər 40 min yeni iş yeri açılacağı fikrinə millət vəkili Vahid Əhmədov münasibət bildirib.  

Milli Məclisin deputatı Musa Quliyevin ilin sonuna qədər 40 min yeni iş yeri açılacağı fikrinə millət vəkili Vahid Əhmədov münasibət bildirib. 

Milli Məclisin deputatı Vahid Əhmədov TİA.AZ-a bildirdi ki, kənd təsərrüfatı ilə əlaqəli çox böyük işlər görülür: “Həm kənd təsərrüfatı naziri, həm də cənab Prezidentin nəzarəti altında rayon icra hakimiyyətləri ilə birlikdə böyük kənd təsərrüfatı –pambıqçılıq, tütünçülük, meyvə-tərəvəzlə əlaqədər yeni sahələr, torpaqlar istifadəyə verilir. Yeni iş yerləri açılacaq,  ocümlədən emal sənayesi ilə əlaqədər müəssisənin tikintisinə diqqət ayrılır. Bu dəqiqə bir nömrəli məsələ böhranla əlaqədar olaraq kənd təsərrüfatını inkişaf etdirməkdir. Nazirlik səviyyəsində, Prezidentin Administrasiyası  rəhbərliyi səviyyəsində işlər görülür. Bu rəqəmin olması gözləniləndir”.   

Qeyd edək ki, ilin sonuna qədər Azərbaycanda onminlərə yeni iş yeri yaradılacağını deyən Musa Quluyev kənd təsərrüfatı sahəsində iri layihələrin həyata keçirilməsi, o cümlədən yeni pambıq, fındıq, badam sahələrinin salınmasının əlavə iş yerlərinin açılmasına səbəb olacağını, bu il 40 mindən çox yeni iş yerinin açılması planlaşdırıldığını bildirib.

 

Nilufər