Lənkəranda yeni tədris ilində daha bir yeni təhsil müəssisəsi – İslam Kolleci fəaliyyətə başlayacaq. Lənkəranda yeni tədris ilində daha bir yeni təhsil müəssisəsi – İslam Kolleci fəaliyyətə başlayacaq.
TİA.AZ Azərtac-a istinadən xəbər verir ki, Lənkəran İslam Kolleci Azərbaycanda ilk dəfə dövlət qeydiyyatına alınmış yeddi İslam Kollecindən biridir.
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə “İslam Həmrəyliyi İli” ərəfəsində belə kolleclərin yaradılmasının bütün dindarlara töhfə olduğunu bildirib. O qeyd edib ki, kollecdə təhsil müddəti dörd ildir. İlkin mərhələdə burada 15 tələbə təhsil alacaq.
Burada tədris alacaq qonşu rayonların tələbələri üçün yataqxana da nəzərdə tutulub. Kollecə qəbul qaydaları və dərs proqramları isə yay aylarında açıqlanacaq.
Qeyd edək ki, respublikamızda Lənkəran İslam Kolleci ilə yanaşı, daha 6 yeni İslam kolleci – Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci və Bibiheybət İslam Kolleci Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib.