Noyabrın 12-13-də Azərbaycanda ilk dəfə olaraq Qlobal Ekologiya Fondunun (QEF) Milli Dialoq Seminarı keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a bildiriblər ki, QEF-in ölkələrə dəstək proqramı çərçivəsində təşkil olunan seminarında nazirliklə yanaşı, IDEA İctimai Birliyi, BMT-nin İnkişaf Proqramı və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Almaniya İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Dünya Bankı, Dünya Vəhşi Təbiət Fondu, aidiyyəti dövlət qurumları və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Seminarın keçirilməsində məqsəd QEF-in dəstəyi ilə ölkədə fondun istiqamətlərinə uyğun fəaliyyətlərin müəyyən olunmasıdır.