Ölkəmizdə koronavirus qurbanlarının xatirəsinə həsr olunmuş “Pandemiya memorial parkı”nın açılışı oldu.
Tribunainfo.az xəbər verir ki, bu, dünyada ikinci, Azərbaycanda isə ilk belə memorial abidədir.
Belə bir abidə ilk dəfə Britaniyada yaradılıb.
Azərbaycanda isə tanınmış ictimai xadim, Azərbaycanda Vətəndaş Cəmiyyətinin əsasını qoyanlardan biri, “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru, Sülh Səfiri İslam Baxşəliyevin təşəbbüsü ilə yaradılan bu parkın açılışında xarici ölkə səfirlikləri, millət vəkilləri və tanınmış ictimai xadimlər iştirak ediblər.
Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, xanım Mariya Viktoriya Romero Kabalyero, Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rza, Kuzey Kıprıs Türk Cümhuriyyətinin Azərbaycandakı Təmsilçisi xanım Ufuk Arca Turganer,
Millət vəkillərimizdən:Səməd Seyidov, Nəsib Məhəməliyev, Müşfiq Cəfərov, Vüqar Bayramov, Arzu Nağıyev, ictimaiyyət nümayəndələri, Qərbi Azərbaycan TV və DJ Turok iştirak etmişlər.
Qeyd edək ki, parkdakı korona maketi gənc heykəltaraş Süleyman Rüstəmova, digər heykəllər isə gənc heykəltaraş Ramal Kazıma məxsusdur. Hər iki heykəltaraş xarici ölkələrdə keçirilən simpoziumlarda iştirak etmiş və yaratdıqları əsərlərlə diqqəti cəlb etmişlər. Süleyman Rüstəmov hal hazırda Almaniyada işə dəvət olunduğundan parkın açılışında iştirak etmir.
Eyni zamanda İslam Baxşəliyev qeyd etdi ki, Pandemiya Qurbanlarının xatirəsini yad etmək üçün bu tədbir hər il 7 mayda qeyd ediləcəkdir. Məqsəd insanları bir araya toplamaq, onlar arasında ünsiyyətə nail olmaqdır.