Azərbaycanda iki ayın gəlininə qarşı dəhşətli əməl – Təfərrüatbackend

Azərbaycanda iki ayın gəlininə qarşı dəhşətli əməl – Təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsmayıllı rayonunda 1988-ci il təvəllüdlü Cəlil ailə münaqişəsi zəminində həyat yoldaşı Cəmiləni (adlar şərti verilib – red.) döyüb.

Tribunainfo.az teleqraf.com-a istinadən bildirir ki, Cəlilin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Cəlil bildirib ki, Cəmalə ilə 23 oktyabr 2022-ci ildə qeyri-rəsmi nikahla ailə qurub: “Ailə qurduqdan sonra Cəmilə evdə qəribə hərəkətlər etməyə başladı. Mən və valideynlərim artıq Cəmilənin psixoloji problemlərinin olduğunu düşündük. Bir neçə gün sonra Cəmilə evdə qala bilmədiyini bildirdi, anasının yanına getmək istədiyini dedi. Cəmilənin anası Sevinc bizim yaşadığımız evə gəldi. Cəmilənin müalicəyə ehtiyacının olduğunu bildirdi. Sonra Cəmiləni özü ilə apardı”.
Cəlil qeyd edib ki, bir həftə sonra Cəmilə geri qayıdıb: “Buna baxmayaraq Cəmilənin hərəkətlərində müsbət irəliləyiş olmadı. Dekabrın 20-də Cəmilə yenidən anasının yanına getmək istədiyini bildirdi. Sevinc bizə gəldi. Sevincdən nə üçün Cəmilənin belə hərəkətlər etdiyini soruşduq. Sevinc Cəmilənin bibiləri tərəfindən ona cadu olunduğunu bildirdi”.
Cəlilin ifadəsinə görə, dekabrın 23-də atası Əli Cəmilənin evə qayıtması üçün Sevincə zəng edib:
Ətraflı
“Həmin vaxt telefonu Cəmilə götürdü. Atamla mübahisə edərək onu telefonda söydü, təhqir etdi. Bundan sonra artıq Cəmilənin evə qayıtmamasına qərar verdik. Sonradan mənə məlum oldu ki, Sevinc polis şöbəsinə zəng edərək şikayət edib. Barəmdə tərtib olunmuş protokolla razı deyiləm. Heç vaxt Cəmiləni vurmamışam, ona hər-hansı xəsarət yetirməmişəm”.
İş üzrə zərərçəkmiş Cəmilənin sözlərinə görə, Cəlillə ailə qurduqları müddətdən aralarında mübahisələri normal olmayıb: “Cəlil ona qarşı soyuq münasibət göstərdiyimi bəhanə edərək mənimlə yersiz mübahisələr edib. Sonuncu dəfə dekbarın 20-də gecə saat 01.00-da yaşadığımız evin yataq otağında olarkən Cəlil yenidən ona soyuq münasibət göstərdiyimi bildirdi, mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı Cəlil başımdan və bədənimin müxtəlif yerindən yumruq, təpiklə vuraraq məni döydü”.
Cəmilə deyib ki, həmin günün səhəri anası evinə gedib: “Lakin Cəlilin məndən üzr istəyəcəyini, barışacağımızı düşündüyüm üçün bir neçə gün şikayət etmədim. Aldığım xəsarətlərdən bir neçə gün ev şəraitində yatdım. Anam vəziyyətimi gördü və polis şöbəsinə zəng və şikayət etdi. Hazırda Cəlili bağışlamamışam, onunla barışmamışam”.
Bu işə İsmayıllı rayon Məhkəməsində baxılıb. Hakim İlqar Hüseynovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.
Qərara görə, Cəlil inzibati qaydada 300 manat miqdarında cərimə olunub.