Azərbaycanda “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi hazırlanıb.
Azərbaycanda “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi hazırlanıb.
Yeni qanun layihəsi Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
TİA.AZ xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc AzVision.az-a bildirib ki, yeni qanun layihəsinə əsasən hərbi vəziyyətin parlament tərəfindən elan olunması vaxtı 3 sutkadan 2 sutkaya endirilir.
Deputatın sözlərinə görə, Azərbaycanda hərbi vəziyyət 72 saata yox, 48 saata elan ediləcək.
Qeyd edək ki, hazırda qüvvədə olan “Hərbi vəziyyət haqqında” qanun 1994-cü ildə qəbul olunub.