backend

Azərbaycanda hemofiliyalı xəstələrin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2016-cı il ərzində Elmi-Praktiki Hemofiliya Mərkəzində qeydiyyatda olan xəstələrin sayı 1541 çatıb. Bunlardan – 745 xəstə Bakı, 76 xəstə Sumqayıt, 720 xəstə isə rayonların payına düşür. 

2016-cı il ərzində Elmi-Praktiki Hemofiliya Mərkəzində qeydiyyatda olan xəstələrin sayı 1541 çatıb. Bunlardan – 745 xəstə Bakı, 76 xəstə Sumqayıt, 720 xəstə isə rayonların payına düşür.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, bütün hemofiliyalı xəstələrin ilkin diaqnostikası və təkrar müayinələri mərkəzin laboratoriyasında aparılır.

“2016-cı ildə 89 ilkin müayinə olunub, 69 xəstədə hemofiliya təsdiq olunaraq dispanser qeydiyyata götürülüb. Dövlət Proqramı çərçivəsində hemofiliyalı xəstələr faktor preparatları ilə tam təmin olunaraq stasionar, ambulator və ev şəraitində müalicə alırlar. Müxtəlif qanaxmalarla 2847 xəstə ev şəraitində ambulator, 307 ağır xəstə isə stasionar müalicə alıb.

Bundan başqa, 15-49 yaş arasında olan 950 xəstədən 130-na ağır xəstə kimi ikincili profilaktika aparılıb. Bu o deməkdir ki, xəstələrin oynaqlarında qanaxma və onun fəsadları aradan götürülənə qədər həftədə 2 dəfə faktor konsentratı köçürülür. Bir nəfər fəsadlaşmış ingibitor formalı xəstə Avropada tətbiq edilən İTİ proqramı üzrə müalicəyə götürülmüşdür. 5 inhibitor formalı göstərişə uyğun yüksək dozada standart profilaktika müalicəsi alır.

30 hemofiliyalı xəstədə böyük cərrahi əməliyyat olunub: sağ topuğun sınığı, hər iki gözün lazer əməliyyatı, doğuş və keysəriyyə əməliyyatı, sol dirsəyin punksiyası, sağ budun bıçaqlanması, bağırsaq keçməməzliyi, bağırsaq törəməsi, çəpgözlük, hər iki qolun damarların anevrizması, hemorroektomiya, sidik kanalı, sağ dizin menisk yırtığı, sünnət, yırtığ, sol dizin sinovektomiyası, sağ pəncədə psevdotumor, sağ əlin cərrahi əməliyyatı, sinovektomiya, sol budun sınığından mil çıxarmaq əməliyyatı, 1 ağır inhibitorlu xəstədə pəncə sümüyünün transplantasiyası icra olunub.

2011-2016-cı illərdə hemofiliya xəstəliyi səbəbindən ölüm halı qeydə alınmayıb. Dünya ölkələrinin yalnız 20%-də hemofiliyalı xəstələr dövlət hesabına faktor preparatları ilə təmin olunurlar, Azərbaycan da bu ölkələr sırasına daxildir.