Azərbaycanda helikopter satılır – 100 min manata

Azərbaycanda helikopter satılır – 100 min manata

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda Mİ-8 MTV1 helikopteri hərraca çıxarılacaq.
TİA.AZ  xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.
Helikopter 1991-ci ildə istehsal olunub. “Azərbaycan Hava Yolları” QSC-yə aiddir. Bu hava nəqliyyatı vasitəsinin start qiyməti 100 min manat olacaq.
Qeyd edək ki, Mİ-8 MTV1 helikopter planeri hazırkı texniki vəziyyətinə görə istismar üçün yararsızdır.
Hərrac oktyabr ayının 1-də keçiriləcək.