“Azərbaycanda hələ də əlaltdan satılan dərmanlar var” – Ekspertdən AÇIQLAMAbackend

“Azərbaycanda hələ də əlaltdan satılan dərmanlar var” – Ekspertdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda dərman vasitələrinin qiymətində növbəti bahalaşma müşahidə olunur. Belə ki, Tarif (qiymət) Şurasının növbəti iclasında dövlət qeydiyyatına alınan 50 dərman vasitəsinin qiyməti təsdiq olunub. Həmçinin Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 32 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər olunub. Bir sözlə dərman preparatları ilə bağlı növbəti bahalaşma baş verib.

Müşahidələr göstərir ki, ötən ilin ikinci yarısından başlayaraq dərmanların qiymətində sürətlə bahalaşma gedir. Üstəlik ölkədə keyfiyyətli dərmanlar yoxa çıxır. 

Qeyd edək ki, Azərbaycanda dərmanların qiyməti ilə bağlı Tarif Şurası tərəfindən müəyyən olunan hədlər var. Məsələ burasındadır ki, hazırki qiymətlər o həddən də artıqdır. Üstəlik dərmanlara gömrük rüsumü yoxdur, yalnız ƏDV var. Amma ƏDV məbləği də çox  deyil.

O zama dərmanların qiyməti niyə kəllə-çarxa qalxır?

İqtisadçı-ekspert Vüqar Oruc Bizim.Media-ya son bir ildə dərman qiymətlərinin bir neçə dəfə bahalaşdığını qeyd edib:

“Bu arzuolunan hal deyil. Əhalinin böyük bir hissəsi dərman istifadəçisidir. Onların bir hissəsi aztəminatlı və sosial təbəqə nümayəndələridir. Təssüflər olsun ki, qiymtlər elə artmaqda da davam edir. Bunu xaricdə qiymətlərin qalxması ilə əlaqələndirirlər.

Amma bu vəziyyətdən yeganə çıxış yolu Azərbaycanda dərman istehsalı sahəsinin inkişafı və öz milli istehsalımızın təşviq olunmasıdır. Çünki Azərbaycanda yetəri qədər təcrübə, labaratoriyalar və mütəxəssislər var. Dərmanların öz gücümüz və bazamız əsasında istehsal olunması daha məqsədəmüvafiqdir. Yəqin ki, dövlət tərəfindən müəyyən qədər dotasiya tələb olunur. Təbii ki, dövlətin nəzarətdə saxladığı sahələr içərisində dərman sənayesi də olmalıdır.

Bilirsiz ki, gündəlik tələbat mallarında sosial dövlət olan Azərbaycan qiymətləri daim nəzarətdə saxlayır. Çalışır ki, əhalinin bütün təbəqələri məhsulların istehlakında problem görməsin.

Dərmanlar da bu sıraya aid olmalıdır. Çünki dərmanların qiymətində artımın davam etməsi aztəminatlı ailələrin vəziyyətni daha da pisləşdirə bilərik. Bu istiqamətdə dövlət müəyyən tədbirlər görməlidir”.

Ekspert vurğulayıb ki, pandemiya və ölkədə yayılan son infeksiyalardan sonra apteklərdə dərman çatışmazlığı ilə bağlı problem aktuallaşıb:

“Dərmanlar bir çox hallarda əlaltından satılır. Belə bir vəziyyətdə dərmanların qalxması arzuolunan deyil. Nəhayət ki, Azərbaycan öz istehsalına başlamalı və brendlərini hazırlamalıdır. Sadəcə dövlət tərəfindən ölkədə olan labaratoriyaların dəstəklənməsi və müəyyən layihələrin həyata keçirilməsi üçün maliyyələşdirilməsi lazımdır”.