AZƏRBAYCANDA HANSI DONDURMALAR TƏHLÜKƏSİZDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumiyyətlə, əhali bilməlidir ki, dondurma tez həll olunan yüksək kalorili süd məhsuludur. Dondurmanın yağlılığını qaldırmaq üçün standartlara uyğun olan kərə yağı qarışdırılmalıdır”. 

 “Ümumiyyətlə, əhali bilməlidir ki, dondurma tez həll olunan yüksək kalorili süd məhsuludur. Dondurmanın yağlılığını qaldırmaq üçün standartlara uyğun olan kərə yağı qarışdırılmalıdır”.

Bu sözləri TİA.AZ-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov keyfiyyətsiz dondurmalarla bağlı sualı cavablandırarkən deyib.

“Dondurma dil üzərində, boğazda acılıq verirsə, bu o deməkdir ki, vaxtı keçmiş uşaq qidasından və vaxtı keçmiş quru süddən istifadə olunub. Kərə yağı əvəzinə marqarin, bitki yağı və piy qarışdırılıb. Dondurma bükülmüş olmamalıdır, onun üzəri hamar olmalıdır. Dondurmanın kağızı əyilibsə, bu o deməkdir ki, əridilib və yenidən dondurulub. Bu, artıq kiflənmiş qida hesab olunur. Dondurmanın tərkibinə kənar cism düşürsə, orda gigiyenadan danışmaq olmaz. Deməli, tam anti-sanitar bir şəkildə istehsal olunub”. 

E.Hüseynov bildirir ki, 2011-ci ildə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azad İstehlakçılar Birliyinə müraciət edib və qida təhlükəsizliyi nişanı təhsis etməyi xahiş edib: “Dünyada ilk təcrübə olaraq, biz belə bir nişani təsis etdik. Dövlət qeydiyyatı aldıq. Azərbaycanda yalnız bir dondurma istehsalçısına şamil etdik. Bu, İSLAND dondurma istehsalçısıdır. Onun üzərində qida təhlükəsizliyi nişanı var. Orda ictimai nəzarət var və daim monitorinq keçirilir. Təəssüflər olsun ki, 20-dən çox dondurma istehsalçıları var ki, onların heç birinə bu nişan aid edilməyibdir”.

AİB rəsmisi deyir ki, azad bazar iqtisadiyyatı şəraitindən, biznes qurumlarına yaradılmış rahat şəraitdən biznes qurumları sui-istifadə edir və istehlakçılara standartlara uyğun olmayan dondurma satışı edirlər:

“Bazarın çirklənmiş seqmentlerindən biri də budur. Düşünürük ki, ölkə prezidentinin bu ilin fevral ayında imzaladığı Qida Təhlükəsizliyi Agentliyi 2018-ci ildən işə başlayandan sonra bu vəziyyət də düzələr”.

E. Hüseynov deyir ki, keyfiyyət yoxlanışı üçün dondurma firmaları KASST standartlarını tətbiq etsinlər:

“Bu, kritik nöqtələrin analizi deməkdir. Ölkə prezidentinini fərmanında da bu məsələ var. Tarladan başlamış istehlakçının stolunun üstünə kimi izlənmə prosesi tətbiq olunmalıdır. Beynəlxalq standartlar tətbiq olunsun ki, vəziyyət düzəlsin”.

AİB sədri deyir ki,  aldığı dondurmadan toyuq budu çıxan vətəndaş qarşılaşdığı halla bağlı müraciət edərək hüquqlarını tələb edə bilər:

“İstehlakçı Azad İstehlakçılar Birliyinə şikayət etməlidir. Biz ona dəyən zərər nə qədərdirsə, firmaya ödətdirərik. Ümumiyyətlə, istehlakçı mal alanda qidanın üzərində a və b bəndinə baxmalıdır. Buraxılma tarixinə, istehsal müddətinə, firmanın ünvanına, telefonuna baxmalıdır. İnsanlara xəbərdarlıq edirəm ki, ciddi bir mal alsınlar, hardan gəldi, tanımadıqları malı almasınlar. Aldıqları qidanın üzərini yaxşı oxusunlar. Oxumadan almasınlar”.

Cəriməyə gəldikdə isə, qurum rəsmisi deyir ki, əgər istehlakçı şikayət qaldırarsa, həmin dondurma firmasını 400-1500 AZN arası cərimə gözləyir.


İlahə