Azərbaycanda güclü zəlzələ gözlənilir? – Qəbələ titrədi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 05:45:12-də Qəbələdən 24 km şimal-qərbdə, Qəbələ ərazisində zəlzələ qeydə alınıb
 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 05:45:12-də Qəbələdən 24 km şimal-qərbdə, Qəbələ ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli bu tip zəlzələlərin narahatlığa səbəb yaratmadığını bildirib:

“3-4 bal gücündə zəlzələ adi hal sayılır, heç bir təhlükə törətmir. Bu tipli sıradan zəlzələlər çox olur, bəziləri hiss olunur, bəziləri isə hiss olunmur. Bu isə ocağın dərinliyindən, maqnitin aşağı-yuxarı olmasından asılıdır. Zəlzələnin gücü haqqında əvvəlcədən proqnoz vermək mümkün deyil”.