Azərbaycanda güclü zəlzələ baş verib – VİDEO

Azərbaycanda güclü zəlzələ baş verib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda güclü zəlzələbaş verib.

APA-nın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.

5,5 maqnitudalı zəlzələnin ocağının 12 km dərinlikdə yerləşdiyi bildirilir.

 Məlumata görə, zəlzələ episentrdə 6 bala qədər hiss olunub.Məlumata görə, episentri Zaqatala rayonunda yerləşən zəlzələ qonşu Balakən rayonunda da hiss olunub.

Yeraltı təkanlar rayonda təşvişə səbəb olub, sakinlər evlərini tərk edərək küçələrə çıxıblar.