Azərbaycanda general işdən çıxarılıb, təqaüdə göndərilirbackend

Azərbaycanda general işdən çıxarılıb, təqaüdə göndərilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Məhərrəm Qafarov təqaüdə göndəriləcək.
Qaynarinfo-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, ədliyyə sahəsində aparılan islahatlar çərçivəsində Məhərrəm Qafarov yaxın vaxtlarda vəzifəsindən azad olunacaq.
Qeyd edək ki, Qafarov Məhərrəm Allahverdi oğlu 19.09.1959-cu il tarixdə Gədəbəy rayonunda anadan olub. 1985-2016 illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. 11.10.2016-cı il tarixdə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin rəis müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, 10.07.2023-cü il tarixində Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib. Onun yeruinə 47 yaşlı ədliyyə polkovniki Mirsaleh Seyidov təyin olunub.