Azərbaycanda facebook üzərindən ilk vətəndaş qəbulunu bu nazirlik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Feysbuk vasitəsilə ilk vətəndaş müraciətlərinin cavablandırılmasından 4 il ötür. 

Feysbuk vasitəsilə ilk vətəndaş müraciətlərinin cavablandırılmasından 4 il ötür.

AFN xəbər verir ki, 2013-cü ilin bu günkü günü, yəni mayın 24-də sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov tərəfindən Nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə vətəndaşlar tərəfindən ünvanlanan müraciətlər cavablandırmışdı.

O vaxt qeydə alınmış ümumilikdə 70-ə yaxın artıq müraciətin cavablandırılması zamanı onların bir qismi sorğu xarakterli idi. Bu səbəbdən həmin müraciətlərin müəlliflərinə izahat məzmunlu cavablar göndərilmişdi.

Yerdə qalan bir sıra müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılması və nəticədən asılı olaraq müvafiq tədbirlər görülməsi barədə aidiyyati struktur bölmələrinə tapşırıq verilib və bu barədə müraciət müəllifləri məlumatlandırılımışdı.  

Qeyd olunan tədbir ilə bağlı müraciətlərin qəbul ediləcəyi barədə əvvəlcədən KİV-də məlumatlar yerləşdirilib.
İki gün ərzində bu xəbər təkcə Nazirliyin rəsmi facebook səhifəsi üzrə ümumilikdə 10 500-dən çox izləyici tərəfindən oxunub, belə tədbirin təşkili 4200-dək izləyici tərəfindən bəyənilib, habelə 90-a yaxın təşəkkür mesajı qeydə alınmışdı.

Yuxarıda adı çəkilən layihənin müəllifi hazırda “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri, 2013-cü ildə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlqələr şöbəsinin müdiri vəzifəsində çalışmış İlham Məmmədov olub. Hazırda həmin səhifə işini davam etdirir.