Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, boşanma hallarının sayı isə 3456 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4-ə düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.