2019-cu ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətlərində 1,9 faiz artım olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin müddət ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,5 faiz artıb.