Azərbaycanda 2017-ci ildə 136 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1024,9 ton kvotaya qarşı 964,9 ton balıq ovlanıb.
Trend-in məlumatına görə, 2016-cı illə müqayisədə 2017-ci ildə 30,5 faiz çox balıq ovlanıb. Ovlanmış balığın 559,1 tonu kilkə, 100,1 tonu kütüm, 74,9 tonu siyənək, 59,1 tonu kefal, 49,8 tonu külmə, 36,9 tonu çəki, 30,9 tonu çapaq, 24,7 tonu dabanbalığı, 5,6 tonu şamayı, 23,8 tonu digər balıq növlərinin payına düşür.
Məlumata görə, ötən il balıqçılar tərəfindən kvota üçün 41,1 min manat ödənilib.
Ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 437,2 milyon ədəd balıq körpələrinin 423,1 milyon ədədi çəkikimilərin, 8,4 milyon ədədi nərəkimilərin, 5,5 milyon ədədi bitki ilə qidalanan balıqların və 0,2 milyon ədədi qızıl balıqların payına düşüb.