Azərbaycanda ən çox şikayət edilən sığorta şirkətləri – Siyahıbackend

Azərbaycanda ən çox şikayət edilən sığorta şirkətləri – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə “şikayət indeksi” açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, son 12 ayda avto-icbari sığorta üzrə Mərkəzi Banka 1872 sayda şikayət daxil olub. Onların 1261 ədədi qanunvericiliyə uyğun olaraq tam və ya qismən təmin edilib, 536 ədədi üzrə isə qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
Bu dövrdə sığorta sahəsi üzrə daxil olmuş şikayətlər əsasında Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə sığortaçılara 107 sayda icrası məcburi göstərişlər verilib, sığortalılara 724 min manat sığorta ödənişinin həyata keçirilməsi təmin edilib.
Son 1 ildə Azərbaycanda ən çox şikayət edilən sığorta şirkətlərinin siyahısı belədir: