“Azərbaycanda ən çox döyülən mən olmuşam”

“Azərbaycanda ən çox döyülən mən olmuşam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Evimdə 15 il əvvəlki köhnə televizordur. Almıram yenisini, çünki baxmıram. Valideynlərim müəllim olub, nəyisə maaşdan maaşa etmişik. Bir paltarla 2 il gəzmişəm. Bunu ağlamaq üçün demirəm. Bunların sayəsində güclü olmuşuq”.
TİA.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri  müğənni İlhamə Qasımova “Özəl” proqramında deyib. Verilişlərə gec-gec qatıldığını deyən sənətçi evinə televizor almadığını vurğulayıb.
Uşaqlığından bəhs edən İlhamə “Azərbaycanda ən çox döyülən mən olmuşam. Nadinc olduğum üçün yox, məktəbdə yaxşı oxumuşam. Dərsdən gəlirdim, anam deyirdi iş gör. Qadına xas olan ev işləri mənə maraqlı olmayıb” sözlərini əlavə edib.