Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların transfer qiymətləri yenilənib.
Publika.az xəbər verir ki, ölkəmizdə çıxış edib ən çox dəyər qazanan futbolçu “Qarabağ”ın hücumçusu Juninyo Olaviodur. 1 milyon avro dəyəri olan braziliyalının qiyməti 100 faiz artıb.
Juninyonu gənc futbolçular – “Qarabağ”dan Nəriman Axundzadə və “Neftçi”dən Rza Cəfərov izləyir. Onların hər ikisinin dəyəri 700 min avro artıb. Nəriman 1,2 milyon, Rza isə 800 min avro qiymətə malikdir.
İlk onluqda “Zirə”dən Ceyhun Nuriyev, Qismət Alıyev və Salifu Suma, “Qarabağ”dan Leandro Andrade və Yassin Benzia, “Sumqayıt”dan isə Səbuhi Abdullazadə və İsa Suliman qərarlaşıb.