Azərbaycanda ən çox bu xəstəliklər yayılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı şəhərinin havası regionların havasından elə də fərqlənmir. Bu səbəbdən Bakıda xəstələnənlərin sayının çox olması, burada hansısa xəstəliklərin üstünlük təşkil etməsindən söhbət gedə bilməz”.
 “Bakı şəhərinin havası regionların havasından elə də fərqlənmir. Bu səbəbdən Bakıda xəstələnənlərin sayının çox olması, burada hansısa xəstəliklərin üstünlük təşkil etməsindən söhbət gedə bilməz”.
Bunu AzVision.az-açıqlamasında Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva deyib.
O bildirib ki, xəstəliklər regiona, şəhər və ya rayonlara görə bölünmür: “Əhali arasında ən çox hipertaniya xəstəliyi, tənəffüs yollarının xəstəlikləri, bronxial astma, xroniki bronxitlər, şəkərli diabet xəstələri, mədə-bağırsaq sistemi xəstliklərinə rast gəlinir. Daha çox hipertaniya, şəkərli diabet və ağciyərin xroniki xəstəliklərinə görə həkimə müraciət edilir”.
R.Əliyeva qeyd edib ki, onlara paytaxtla müqayisədə, regionlardan gələn xəstələr daha çox müraciət edir: “Qeyd etdiyim xəstəliklər ölkə üzrə eyni səviyyədə yayılıb. Məxsusi bir şey yoxdur ki, filan yerdə bu xəstəlik var. Əvvəllər deyilirdi ki, hansısa regionda yod çatışmır, orada qalxanvarı vəzin xəstəlikləri çoxdur. Bu gün yod çatışmazlığı problemi hər yerdə var və yer kürəsinin hər yerində qalxanvarı vəzin xəstəlikləri müşahidə edilir”.