Azərbaycanda elm sahəsində ilk – 33 yaşlı professor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prof. Yusif Babanlı: “Hər bir sahədə olduğu kimi idman sahəsinin də nəzəriyyəsini öyrənmək və metodiki əsaslarla inkişaf etdirmək bu istiqamətdə fundamental institutun formalaşmasına və güclənməsinə öz töhfəsini verə bilər. Azərbaycanın idman ölkəsi kimi tanınmasının da 1 nömrəli səbəbi məhz bu amillərdir. Mən bu nailiyyəti təkcə özümün deyil, bütünlükdə elm və idman ictimaiyyətinin uğuru hesab edirəm”. 

Prof. Yusif Babanlı: “Hər bir sahədə olduğu kimi idman sahəsinin də nəzəriyyəsini öyrənmək və metodiki əsaslarla inkişaf etdirmək bu istiqamətdə fundamental institutun formalaşmasına və güclənməsinə öz töhfəsini verə bilər. Azərbaycanın idman ölkəsi kimi tanınmasının da 1 nömrəli səbəbi məhz bu amillərdir. Mən bu nailiyyəti təkcə özümün deyil, bütünlükdə elm və idman ictimaiyyətinin uğuru hesab edirəm”.

Ən gənc professor öz nailiyyəti ilə bağlı qeyd edib ki, “Ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə, idman və digər sahələrlə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Ulu öndər bu sahələrə xüsusi həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir. Məhz bu qayğının nəticəsidir ki, bu gün gənclər ölkənin elm-təhsil, mədəni, idman və ictimai-siyasi həyatında bacarıqlarını nümayiş etdirməkdədirlər. Bu da danılmaz faktdır ki, dahi öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən gənc alimlərin yüksək səviyyədə yetişdirilməsi üçün demək olar ki, lazımi şərait yaradılmışdır. Bu gün gənc alim, professor, mütəxəssislərin yetişdirilməsi və onlara dəstək Azərbaycan xalqının xoş gələcəyinə xidmətin əsas istiqaməti kimi dövlətin və dövlət qurumlarının daima diqqətindədir. Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin də inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın da hər bir sahədə sağlam mühitin yaradılması ilə bağlı gördüyü genişmiqyaslı işlər hər bir gəncin özünü təsdiqi üçün geniş imkanlar yaradır. Biz gənc nəsil də Dövlət Başçımızın elm-təhsilə yüksək səviyyədə qayğı və diqqətini alqışlayır və bu inamlı, uğurlu siyasəti daim dəstəkləyirik”.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 07 iyul 2017-ci il 13 nömrəli protokilu ilə Yusif Məmməd oğlu Babanlının professor elmi adı təsdiqlənmişdir.

Attestasiya Komissiyasının Rəyasət Heyətinin 12 iyul 2017-ci il tarixdə isə iclasında diplom sahibinə təqdim edilmişdir. Ali Attestasiya Komissiyasının sədri Vəli Hüseynov, Rəyasət Heyətinin üzvlərindən akademik Xoşbəxt Yusifzadə, akademik Nizami Cəfərov Yusif Babanlını Respublikada ilk gənc olaraq professor elmi adı almağı münasibətilə təbrik etdilər.  “Ən gənc professor”un dövlətin təhsil, idman, mədəni və ictimai-siyasi həyatında uğurlu rolunu, elmi-pedaqoji sahədə naliyyətlərini müsbət qiymətləndirərək ona uğurlar arzuladılar.
 

Azərbaycanda ilk gənc professor adı alan Yusif Babanlı kimdir?

Babanlı Yusif Məmməd oğlu, 1984-cü ildə Naxçıvan MR, Ordubad rayonunda ziyalı ailəsində  anadan olmuşdur. 1999-2001-ci illərdə Ordubad rayonunda  orta məktəbdə təhsil almış, 2001-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2005-2008-ci illərdə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İkinci təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə almışdır.

Akademiyanın ictimai həyatında fəallığı ilə seçilən Babanlı 2001-ci ilin noyabr ayından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri olmuşdur.

2001-ci ildən Boks Federasiyasının üzvü kimi yaxından  fəaliyyət göstərməklə yanaşı Azərbaycan Respublikasının Boks idman növü üzrə “İdman ustası” adını almışdır. 2009-cu ilin yanvar ayından Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin  üzvü və Təşkilat Komitəsinin sədrdir. Həmçinin, Respublika dərəcəli hakim, Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və İdman işçisi adını almışdır. 7 tələbəsi Avropa və dünya çempionu olmuşdur.

2005-2008-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində işləyərkən Akademiyanın digər ali məktəblər arasında nüfuzunun artmasında uğurlu fəaliyyətləri olmuşdur. Respublikanın ictimai-siyasi həyatında vətənpərvər və dövlətə sadiq gənc kimi fəaliyyətə 2002-ci ilin sentyabr ayından Yeni Azərbaycan Partiyasına üzvülükdən başlamışdır. YAP Respublika Gənclər Təşkilatı Şurasının üzvü və Nərimanov rayon YAP Gənclər Təşkilatının sədridir. YAP Respublika  Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür. Həmçinin Prezident və Parlament  seçkilərində YAP tərəfindən  Respublika üzrə müşahidəçi olmuşdur.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası” kafedrasında  baş müəllim, dosent və professor vəzifəsində çalışmışdır.

Doktorantura təhsilini 2011-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda almış və “İbtidai siniflərdə fiziki tərbiyənin texnologiyaları” adlı dissertasiyasını uğurla başa çatdıraraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin müdafiə şurasında müdafiə etmiş və Ali Attestasiya Komissiyasının qərarı ilə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2010-2016-ci illər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında prorektor vəzifəsində çalışmış, hal-hazırda isə rektorun Tələbə gənclərlə iş üzrə müşaviri və Akademiyanın Həmkarlar İttifaqı Komitəsinin sədridir.

Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin rəyasət heyətinin,  İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının və Yazıçılar Birliyinin üzvüdür.

Dövlət-hökumət qurumları, ictimai təşkilatlar tərəfindən bir çox Fəxri fərman, Diplom və medallarla təltif edilmişdir. Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə AHİK-in İcraiyyə Komitəsinin medalı ilə, Azərbaycan Mədəniyyət işçiləri Müstəqil Həmkarlar İttifaqının 110 illik yubileyində ittifaqda xidmətlərinə görə medalla və Respublika Vetiranlar Təşkilatı tərəfindən Cəmşid Naxçıvanski adına medalla təltif olunmuşdur.

80 elmi məqalənin, 9 metodik vəsaitin, 6 dərs vəsaitin, 7 monoqrafiyanın müəllifi olan gənc professor Respublika və Beynəlxalq səviyyəli elmi-praktik konfranslarda yaxından iştirak etmiş və dövrü mətbuatda 100-ə yaxın məqaləsi dərc edilmişdir. 

Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir.

         Ailəlidir. Bir övladı var.