Azərbaycan Dünya Bankının məlumatına əsasən ən yüksək savadlılıq səviyyəsinə malik olan ölkələrdəndir.
Azərbaycan Dünya Bankının məlumatına əsasən ən yüksək savadlılıq səviyyəsinə malik olan ölkələrdəndir.
Bu qurumun məlumatlarında qeyd edilib ki, ölkədə əhalinin 99.79%-i oxuyub-yazma bacarığına malikdir. Əhalinin hər 10.000 nəfərindən 9979 nəfəri oxuyub-yazmağı bacarır. Braziliyada bu rəqəm 91.48%, Türkiyədə 95.26%, Sinqapurda 96.54%, İspaniyada 98.08%, İtaliyada 99.07%-dir.
Təhsil eksperti Kamran Əsədov TİA.AZ-a bildirdi ki, Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi məlumat əslində o deməkdir ki, 9-cu sinfi bitirən 108.563 nəfər şagirdin 108.487 nəfəri oxuyub-yazma bacarığına və eləcə də digər savadlılığa malikdir:
“9-ci sinfi bitirən şagirdlərdən isə 88.363 nəfərdən 88.339 nəfəri həm oxuyub-yazma bacarığına, həm də digər savadlılığa malikdir. Bu isə faiz olaraq 99.93 və 99.97 faiz göstərici deməkdir. Bundan başqa, Dövlət İmtahan Mərkəzinin elə bir funksiyası yoxdur ki, şagirdlərin oxuyub yazma qabiliyyətini yoxlasın. Onlar yalnız imtahanda iştirak edənlərin cavab kartlarına qeydləri əsasında bunu müəyənləşdirib. Hansısa şagird hanısa səbəbə görə cavab kağızını ağ qoyubsa, bu onun oxuyub yaza bilməməsi demək deyil. Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumatda həm də özünü tənqid etmiş olur. Bilirsiz ki, Dövlət İmtahan Mərkəzinin 5-ci sinifdən başlayaraq məktəblərdə monitorinq imtahanları həyata keçirir. Belə çıxır ki, onlar bu imtahanlara və onun nəticələrinə laqeyd yanaşıblar. Bundan əlavə bu statistikada diqqəti çəkən 11-ci siniflərlə bağlı oxuyub-yaza bilməyənlərlə bağlıdır. Axı həmin 11-ci sinifdə oxuyan iki il əvvəl 9-cu sinifdə Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında iştirak edib və müsbət qiymət alıb. Necə oldu onlar iki il ərzində oxuyub-yazmaq qabiliyyətlərini itirdilər?”
Ekspert qeyd edir ki, BMT-nin İnkişaf Proqramının saytına istinadən Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi məlumatın həqiqətə uyğun deyil:
“BMT qeyd edir ki, Azərbaycan dünyada 15-24 yaş arasında olan əhalinin savadlılıq dərəcəsi 100 faiz olan çox az saylı ölkələrdən biridir. Bu göstərici Azərbaycanla yanaşı, 187 ölkənin insan inkişafı indeksinin qiymətləndirildiyi hesabatda 4 ölkədə – Moldova, Koreya Xalq Demokratik Respublikası, Polşa və Kubada da qeydə alınıb. Azərbaycanda 15 və yuxarı yaş arasında olan əhalinin savadlılıq dərəcəsi isə 99,8 faizdir. Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi məlumat heç də təhlükəli deyil”.
İlahə