Azərbaycanda əhalinin azalmasının iqtisadi tərəfləri – Ekspertbackend

Azərbaycanda əhalinin azalmasının iqtisadi tərəfləri – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Son 10 ildə doğulanların sayı 36, 2% azalıb. 2011-ci ildən 2021-ci ilə qədər müddətdə bu rəqəm 176 mindən 112 minə düşüb”. Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.
Ekspert bunun ciddi bir siqnal olduğunu vurğulayıb:
“Artıq ailələr üçün uşaq dünyaya gətirmək, onu böyütmək ağır bir yükə çevrilib. Amma görüntü  yaratmaq üçün bütün aidiyyatı günləri təntənəli şəkildə qeyd edirlər. Əslində, uşaqların müdafiəsi ilə bağlı vəziyyət acınacaqlıdır. Mən Dövlət Statistika Komitəsinin məlumatlarını açıqlayacağam. Ölkədə işsizlərin sayı kifayət qədər çoxdur, əmək haqqları aşağı səviyyədədir. İnsanların alıcılıq qabiliyyəti çox aşağıdır. İş yerlərinin olmaması ailələr üçün ciddi problemlər yaradır. Onlar nəinki dünyaya gətirdikləri uşaqları, özlərini belə normal qida ilə təmin edə bilmirlər. Bu səbəbdən də ailə quranların sayı azdır. Evlənib, uşaq dünyaya gətirənlərin də sayı azalır. Bütün bunlar doğuş sayına təsir edir”.
Vahid Məhərrəmov təəssüf hissi ilə Azərbaycanın gələcəyinin ciddi təhlükə altında olduğunu bildirib:
“Əgər, Azərbaycan əhalisi artmayacaqsa, get-gedə azalmağa doğru gedəcəksə, bu ona gətirib çıxardacaq ki, ölkədə ərazimizi qoruyan əsgərlərimiz, zabitlərimiz olmayacaq. Bütün bunları hökümət düşünməldir. Uşaq pulunun verilməsi heç bir problem yaratmır. Ölkədə kifayət qədər maliyyə resursu var. Ölkənin ehtiyyat fondu gələcək nəsil üçün xərclənməlidir. Ayda 100 manat da olsa uşaq pulu verilməlidir”.
Ekspertin hesablamalarına görə, bu gün Azərbaycanda 2 milyon uşağa uşaq pulu verilə bilər:
“Ölkədə uşaq pulu veriləcək uşaqların sayı 2 milyon 500 mindir. Amma 500 min uşaq kifayət qədər imkanlı ailələrdə böyüyən məmurların ailəsindəndir. Onların uşaq puluna ehtiyacı yoxdur, çox yaxşı yaşayırlar. Amma 2 milyon uşaq var ki, onların yaşayış səviyyəsi çox aşağıdır. Onlar normal qidalana, təhsil ala bilmir. Bu uşaqlar geyinməyə  normal paltar tapa bilmirlər. Bütün bu amillər əhalinin sayının azalmasına səbəb olur”.