Azərbaycanda dollara tələb kəskin azalıb – RƏQƏMLƏR

Azərbaycanda dollara tələb kəskin azalıb – RƏQƏMLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu ilin iyul ayında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərraclarında 272,8 mln. ABŞ dolları satılıb.

 

“APA-Economics”in hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,5% çoxdur. Belə ki, 2022-ci ilin iyul ayında banklara satılan valyutanın həcmi 212,3 mln. ABŞ dolları təşkil edib.Birgə keçirilən valyuta hərraclarında bu ilin ilk yarım ilində isə ümumilikdə 1 mlrd. 843,9 mln. ABŞ dolları satılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 37,5% azdır.