Azərbaycanda kişinin qardaşını öldürməsinin bəzi detalları məlum olub.
Hadisəyə səbəb mülk mübahisəsi olub.
Məlumata görə, onlar ailədə 7 nəfər olub, bacı-qardaşdan heç biri ailə qurmayıb.
Oxu.az
***
Ağdaşda qətl törədilib.
Hadisə rayonun Aral-2 kəndində qeydə alınıb.
Kənd sakini, 1977-ci il təvəllüdlü Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı, 1975-ci il təvəllüdlü Mirmehdi Musayevi bıçaqlayıb.
Qarın nahiyəsindən bıçaq xəsarəti alan Mirmehdi Musayev aldığı xəsarətdən ölüb.
Hadisəni törədən Q.Musayev polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. (lent.az)