Azərbaycanda dəhşət – əmi 11 yaşlı qardaşı qızını…

Azərbaycanda dəhşət – əmi 11 yaşlı qardaşı qızını…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkil Aqil Layıc yaxınlarda ona edilən müraciətlə bağlı paylaşım edib. O bildirib ki, rayonların birində 11 yaşı uşaq əmisi tərəfindən cinsi istismara məruz qalıb.

Tribunainfo.az vəkil A. Layıcın paylaşınını təqdim edir:

“Uşaqlarınızı kimə etibar edəcəyinizə dair qərar verərkən min dəfə fikiləşin.

Bir müddət öncə bir adam/orta yaşlı bir ata gəlmişdi yanımıza. İşi ilə bağlı tez-tez səfərlərdə olduğu üçün taksi fəaliyyəti ilə məşğul olan öz qardaşına aylıq ödəmək şərti ilə 11 yaşlı qızını məktəbə və hazırlığa aparması barədə razılaşma əldə edib. Müəyyən müddət sonra bu yazıq uşaq dərman içib intihara cəhd edir və həkimlərin müdaxiləsi nəticəsində sağ qalır. Valideynlər bunun səbəbini soruşanda, qız sirrləri açır. Deyir ki, əmisi müəyyən müddətdi ki, ona hədə-qorxu gələrək qeyri-təbii yollarla zorlayırmış, bunu valideynlərinə deyəcəyi təqdirdə valideynlərini də öldürəcəyini hədələyirmiş. Çıxış yolu özünü intiharda görüb. Məsələyə dair pokurorluğa məlumat verdik, əməliyyat keçirilərək sübutlu-sənədli şərəfsiz pedofil həbs edildi.
Hadisə rayonlardan birində baş verib”.

Gülşən Rəsul