Sumqayıtda şagird dünyasını dəyişib.
Hadisə bu gün baş verib.
Belə ki, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 8-ci sinif şagirdi Turan Musa oğlu Vəliməmmədov ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Təhsil müəssisəsindən əldə etdiyimiz məlumata görə, səhhətində olan problem təxminən 20 gün öncə özünü büruzə verib. Ailəsi müvafiq xəstəxanada müalicəsi ilə bağlı zəruri tədbirlər görsə də, təəssüf ki, xəstəlik müalicəyə cavab verməyib.
Turan Vəliməmmədov məktəbdə nümunəvi davranışı ilə fərqlənən şagirdlərdən biri olub. O bu gün Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, ailədə iki uşaq olublar. Böyük qardaşı da Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 11-ci sinfində təhsil alır.