Azərbaycanda daha 4 nəfər koronavirusa yoluxdu

Azərbaycanda daha 4 nəfər koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, son sutkada infeksiyaya 4 yeni yoluxma faktı qeydə alınıb.

Vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 831 888 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 593 nəfər müalicə olunaraq sağalıb, hazırda 14 aktiv xəstə var. Bu günə qədər 10 281 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 922, bu günə qədər isə ümumilikdə 7 635 681 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 34 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 966 319 olub.