Rəsmi məlumata görə, Azərbaycanda 4244 kənd mövcuddur. Bu yaşayış məntəqləri sakinlərinin sayına görə kiçik, orta və böyük olmaqla müxtəlif kateqoriyalara aid edilə bilər. Ancaq ən maraqlısı cəmi 1 nəfər sakini olan kəndlərin mövcudluğudur.
Bəs həmin kəndlər hansılardı?
Dövlət Statistika Komitəsi Modern.az-ın bununla bağlı sorğusunu cavablandırıb.
Komitədən bildirilib ki, hazırda Azərbaycanda üç belə kənd var.
Əhalinin 2019-cu ildə keçirlmiş siyahıyaalınmasının nəticələrinə görə, 1 nəfər sakini olan kəndlər aşağıdakılardı:
Neftçala rayonunun Kürdili kəndi;
İsmayıllı rayonunun Gərzə və Pirəqanım kəndləri.