Azərbaycanda bu zavodun ərazisi özəlləşdirildi – 1 milyon manata

Azərbaycanda bu zavodun ərazisi özəlləşdirildi – 1 milyon manata

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 1 müəssisə və 12 nəqliyyat vasitəsi özəlləşdirilib.

Tribunainfo.az quruma istinadən xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 35 sifariş qəbul edilib. Bunlardan 12-si onlayn qaydada həyata keçirilib.

Hərracda özəlləşdirilən müəssisə – əvvəllər kərpic zavodu kimi fəaliyyət göstərmiş obyekt Şəki rayonunun Daşüz kəndində yerləşir. Sahəsi 14 900 kvadratmetr, torpaq sahəsi 85 368 kvadratmetr olan əmlak 1 milyon manata satılıb.

Hərracda satılan dövlət əmlakının siyahısı ilə https://shorturl.at/NyeTm linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 12 və 19 avqust tarixlərində keçiriləcək. Hərraca çıxarılan əmlak siyahısı ilə https://shorturl.at/coCpP linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyən şəxslər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet səhifələri vasitəsilə hərraca çıxarılan əmlak üzrə seçim edə bilərlər.